Kaxa Kaladze - Dezinformasiyaya artıq susmayacağıq, susduqca şər daha da artır
Dezinformasiyalara artıq susmayacağıq, susduqca şər daha da artır, bu sözləri Facebookda Tbilisinin meri Kaxa Kaladze medya vasitələri tərəfindən yayılan dezinformasiya ilə bağlı yazır.
“Reperlərin sənlə nə əlaqəsi var, niyə ailə qurdun, yanan Amazon meşəsinə niyə yardım etdin, Facebook-da niyə yazırsan, niyə Tik-Tokun var” və sairə şeylərlə – “Gürcü Arzusu” yaradılandan etibarən bu adamı narahat edirlər.
Halbuki, o adam siyasətdən uzaq olmaq istəyir, adi Gürcüstan vətəndaşıdır və öz sevincini, ürək ağrısını və digər emosiyalarını adi insanlar kimi sosiyal şəbəkələrdə bəlli edir.
O sadəcə olaraq, yaşıdlarının əksəriyyətindən fərqli olaraq, dəfələrlə şər və böhtan qurbanı olur. Yalan virus kimidir, əsas olan onu yaymaqdır.
Bera haqqında yazmaq istədim statusu, ancaq yenə “Feyk nyuslara” keçdim, bu status yenə “Mtavari” yalançısına aiddir…
Onlar dəhşətli faciəyi belə öz məqsdələri üçün istifadə etdilər.
Bütün bunlar amoraldır!
Dezinformasiyaya artıq susmayacağıq – susduqca şər daha da çoxalır!
#Yalanayox #Şərəyox“, – yazır Kaxa Kaladze.