CNN - ABŞ NATO-nun kollektiv büdcəsinə qatqılarını azaldıb, ordan kəsilən məbləği isə, Ukrayna və Gürcüstan proqramlarına xərcləməyi planlayır

Donald Trampın administrasiyası NATO-nun kollektiv büdcəsinə qatqılarını azaldıb, ordan kəsilən məbləği isə, Ukrayna və Gürcüstan proqramlarına xərcləməyi planlayır.

Bu barədə məlumatı CNN teleşirkəti ABŞ-ın Müdafiyə Departamentinin yüksək rütbəlilərinə istinadən yayır.

Pentaqon yüksəkrütbəlisinin amerikan teleşirkətinə verdiyi məlumata görə, NATO-dan kəsilən məbləği ABŞ NATO-nun qeyri-üzv ölkələri olan Ukrayna və Gürcüstanda həyata keçirilən proqramlara xərcləyəcək.

Mövcud olan məlumata görə, Tramp administrasiyası alyansın büdcəsindəki qatqısını 16%-ə qədər azaldacaq və ABŞ iqtisadiyyatının daha güclü olmasına rəğmən, Almaniyanın NATO-daki qatqısına bərabər edəcək, hansı ki, 14,8% təşkil edir.

CNN-in məlumatına görə, Ağ Ev büdcə məsələsini NATO ilə artıq razılaşdırıb.