"City İnstitute Gürcüstan" Tbilisinin inkişaf planının son versiyasını ay yarım müddətində təqdim edəcək
“City İnstitute Gürcüstan” Tbilisinin urban inkişaf planının son versiyasını ay yarım müddətində təqdim edəcək – bu barədə bəyanatı Birinci Kanala şirkətin direktoru verdi.
Mamuka Salukvadzenin bəyanatına görə, xarici partnyorların yardımı ilə, sənədi, sifariş verən şirkətin tələb etdiyi standartlara çatdıracaqlar.
“Öz mövqeyimizi Tbilisi Meriyasına artıq göndərdik və indi müqavilənin qoyulmasını gözləyirik” – dedi Mamuka Salukvadze.
Bugün Tbilisi meri brifinq keçirdi və “Siti İnstitut”-dan, Tbilisinin urban inkişafının baş planının təqdim ediləcəyi tarixi öyrənmək istədiyini bəyan etdi.