Kaxa Kaladze "Siti İnstitutuna" müraciət edir və baş planlarının təqdim edilmə müddətini bildirməsini tələb edir
Paytaxt Meriyası “Siti İnstitutuna” müraciət edərək, onların hazırladığı baş planın təqdim edilməsini və yaxud sənədin hazırlanacağı müddətin bildirilməsini tələb edir.
Kaxa Kaladze bugün keçirdiyi mətbuat konfransında bəyan etdi ki, Tbilisinin urban inkişafı paytaxtın əsas prioritetlərindən biridir.
Onun dediyinə görə, urban inkişafın baş planın işlədilməsi üçün arxitektura xidməti və “Siti İnstitut” arasında iki il bundan öncə qoyulan müqavilə çərçivəsində, əhəmiyyətli işlər görülüb.
Paytaxt merinin məlumatına, müqaviləyə əsasən, Tbilisi iqtidarının “Siti İnstitut” tərəfindən hazırlanan planı qəbul edib-etməyəcəyi haqqında qərar vermə müddəti bugün başa çatır və meriya artıq baş planın təqdim edilməsinin dəqiq müddətini bilmək istəyir.