Cani Bukikio Venesiya Komisiyasının prezidenti vəzifəsində dördüncü müddət ilə seçildi

Venesiya Komisiyasının sədri yenə Cani Bukikio olacaq.

Bukikio bu vəzifəyə dördüncü müddət ilə bugün seçildi.

Venesiya Komisiyasına Bukikio 2009-cu ildən rəhbərlik edir. Onun prezidentlik müddətinin artırılması barədə qərar 2017-ci ilin plenar iclasında verildi.

Cani Bukikio Avropa Şurasında 1971-ci ildən işləyir və Venesiya Komisiyasının yaradılmasında böyük rolu olub.

Plenar iclasda Venesiya Komisiyasının iki vitse-prezidenti təqsdiqləndi.