Cani Bukikio - Gürcüstan Venesiya Komissiyasının ən yaxşı partnyorudur
Cani Bukikio - Gürcüstan Venesiya Komissiyasının ən yaxşı partnyorudur

Gürcüstan Venesiya Komissiyasının ən yaxşı partnyorudur, – bu barədə Venesiya Komissiyasının prezidenti, Cani Bukikio Gürcüstan Parlament nümayəndə heyəti ilə görüşdən sonra bəyan etdi.

“Bizim Gürcüstan Parlamentinin üç üzvü ilə, Gürcüstan və Venesiya Komissiyasi arasında əmkdaşllığa aid olan, çox yaxşı disskusiyamız var idi. Bu əməkdaşlığı hələ 1990-ci illərin əvvəlində başladıq. Deyə bilərəm ki, Gürcüstan Venesiya Komissiyasının ən yaxşı partnyorudur. Çünki sizin hakimiyyətiniz və Parlamentiniz bizim rekomendasiyalarımızı dəfələrlə tələb edib”, – Cani Bukikio qeyd etdi.

Elə onun dediyinə görə, bu mərhələdə Gürcüstan parlamenti, komissiyadan iki önəmli rekomendasiya tələb etdi və komissiya artıq layihələri hazırlayır.

“Birincisi seçkilərlə bağlı məsələlərə aiddir. İkinci zəmanət elektron kommunikasiyaları qanununa aiddir. Onu 19-20 martda təsdiq edəcəyik. Təəssüflər olsun ki, heç bir təqdirdə Gürcüstana gələ bilməyəcəyik ki, hökumətlə, siyasi qüvvələrlə və mülki bölmə nümayəndələri ilə görüşək. Lakin buna baxmayaraq, tam mənzərni daha yaxşı görmək üçün onlarla onlayn disskusiyalarımız olacaq”, – Bukikio bəyan etdi.