Ərdoğan - Türkiyənin məqsədi Suriyanın Munbiç şəhərini "əsl sahiblərinə" təhvil verməkdir
Ərdoğan - Türkiyənin məqsədi Suriyanın Munbiç şəhərini "əsl sahiblərinə" təhvil verməkdir

Türkiyənin məqsədi Suriyanın Munbiç şəhərini “əsl sahiblərinə” təhvil verməkdir – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi.

Ərdoğan ABŞ-nı Munbiçdən hərbiçilərinin çıxarılmasına çağırdı. Türkiyə prezidenti hesab edir ki, Vaşinqtonun Suriyada Türkiyə, İran və hətta ola bilsin Rusiyaya qarşı hesabları var.

Fevralın 5-də ABŞ Müdafiə Nazirliyində bəyan etdilər ki, Vaşınqton Munbiçdə Türkiyə hərbi əçəliyyatının başlaması əlamətlərini görmür. Bu isə Türkiyə rəsmi şəxslərinin bəyanatlarına əks çıxır.

Türkiyə prezidenti və Xarici İşlər naziri dəfələrlə bəyan etdilər ki, Ankara Suriya sərhədində terror təhlükəsini Munbiçdən Afrinə qədər neytrallaşdıracaq.

Suriyanın Munbiç şəhərində 2000 amerikalı hərbçi var.