İzolasiya qaydalarını pozan şəxslərə Ədliyyə Evləri xidmət göstərməyəcəklər və hüquqmühafizəçilərə müraciət edəcəklər
İzolasiya qaydalarını pozan şəxslərə Ədliyyə Evləri xidmət göstərməyəcəklər və hüquqmühafizəçilərə müraciət edəcəklər

Ədliyyə Evlərinə və ictimai mərkəzlərinə servislərin alınması üçün gedən izolasiyanı pozan şəxslərə qarşı müəyyən tədbirlər görüləcək.

Ədliyyə Evi izolasiya qaydalarını pozan şəxslərə qarşı xəbərdarlıq bəyanatını yayır.

“Gürcüstan sərhədini keçdikdən sonra məcburi izolasiyada olan şəxslərə Ədliyyə Evi xidmət göstrməyəcək. Ondan başqa ki, onlar xidmətdən istifadə edə bilməyəcəklər, Ədliyyə Evi dönmədən hüquqmühafizə orqanlarına müraciət edəcək və onların karantin zonasına məcburi qaytarılması baş verəcək”, – idarənin bəyanatında deyilir.

Bu vaxta qədər Ədliyyə Evlərinə və ictimai mərkəzlərinə izolasiyanı pozan şəxslərin bir neçə səfəri qeydə alındı. Buna görə, Qldani ictimai mərkəzi işini dayandırdı. Həmçinin 17 və 18 martda istifadəçilərə Telavi Ədliyyə Evi xidmət göstərmirdi.