İyunun 1-dən Meriya xidmətləri mərhələ şəklində işlərini bərpa edəcəklər

Paytaxt munisipaliteti meriyasının xidmətləri mərhələ şəklində işlərini bərpa edəcəklər.

Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze bugünki iclasda verdi.

“Ölkədə yaranan epid-vəziyyətə görə, meriyanın sadəcə səhiyyə və sosiyal istiqamətləri işləyirdi. İyunun 1-dən isə, bütün servislərimizin fəaliyyəti bərpa ediləcək.

On qamgeobamızın (rayon icra hakimiyyəti) onu da öz fəaliyyətinə davam edəcək. Ancaq təbii ki, səhiyyə ekspertlərinin bütün tövsiyyələri nəzərə alınacaq – tibbi maskalar, əlcəklər, dezinfeksiya maddələri və sairə” – dedi Kaxa Kaladze.

Qeyd edilməlidir ki, mayın 29-dan paytaxtda ictimai nəqliyyat vasitələrinin fəaliyyəti də bərpa olunur.