İveri Melaşvili - 200 min miqyaslı xəritədə səhvlər var və prokurorluğun onun səhfsiz olduğunu təsdiqlədiyi yalandır
İveri Melaşvili - 200 min miqyaslı xəritədə səhvlər var və prokurorluğun onun səhfsiz olduğunu təsdiqlədiyi yalandır

“200 min miqyaslı xəritədə səhvlər var və prokurorluğun onun səhfsiz olduğunu təsdiqlədiyi yalandır”, – Bu barədə bəyanatı Davit Qareci məsələsi ilə bağlı səhvlərə yol verməklə ittiham olunan İveri Melaşvili Gürcüstanın Birinci Kanalına verdi.

Onun dediyinə görə, prokurorluq xəritənin analizini keçirmədi və sadəcə olaraq, onu saxtalaşdırmağa çalışdı.

“Onlar xəritədən sərhəd xəttini sildilər və ərazilərin itirilməsi barədə danışmağa başladılar” – dedi Melaşvili.

Samxarauli adına ekspertiza bürosu tərəfindən verilən qərarlardan birinin müəllifi Tenqiz Qordeziani isə, bəyan edir ki, İveri Melaşvilinin istifadə etmədiyi 1938-ci ilin 200 minlik xəritəsi, hansında Davit Qareci kompleksi tamamilə Gürcüstan ərazisindədir, relevantdır və 2006-2007-ci illərdə, demarkasiya komisiyası tərəfindən onun istifadə edilməməsi səhvdir.

İveri Melaşvili Qordezianiyə də cavab verdi.

“Əgər cənab Qordeziani hesab edirsə ki, o xəritənin istifadə edilməməsi səhvdir, mən əminəm ki, o xəritədən istmək fərqli nəticə verməyəcəkdi və hətta ölkə üçün daha zərərli idi. Kimsə o xəritənin analizini keçirməyib. Biz ondan ona görə istifadə etmədik ki, onun istifadəsi məqsədyönlü deyildi” – dedi Melaşvili.

Kartoqraf Tenqiz Qordeziani Birinci Kanala bəyan edir ki, əgər komisiya 200 minlik xəritədən istifadə etmədisə, heç olmasa, 1938-ci ilin 500 minik kartoqrafiya xəritəsindən istifadə edə bilərdi, hansı ki, arxivdə var və komisiya ekspertlərinin dəyərləndirməsinə görə, “adi bir kağızdır”.

İveri Melaşvili bu bəyanata da cavab verdi.

“Bu bəyanat doğru deyil. Bir şeyi deyə bilərəm, komisiya 1942-ci ilin yüksək keyfiyyətli 100 minlik topoqrafik xəritəsindən istifadə etdi, hansı ki, 500 min miqyası olan xəritədə göstərilən sərhəd xətti ilə eynidir. Qordezianinin dediyi 200 minlik xəritənin istifadəsi isə, olmazdı, çünki ölkə üçün zərərli idi. Əksini düşünənlər oturub xəritələrin analizini keçirsinlər. Yoxsa, bir xəritənin sərhəd xəttini silib, obirinə çəkərək, itirilən ərazilər haqqında danışmaqla olmur” – dedi Melaşvili.

İveri Melaşvilinin dediyinə görə, 200 minlik xəritədə çox səhvlər var, məsələn xəritədə bir nöqtə olduğu yerdən 300-400 metr fərqli göstərilir.

İveri Melaşvili bəyan edir ki, 1942-ci ilin xəritəsinin istifadəsində bir yanlışlıq yolxdur, əksinə, ondaki göstəricilər 500 minlik xəritədə göstərilən sərhəd xətti ilə eynidir.

“İstəyirlərsə, bunun analizini də keçirsinlər, – deyir İveri Melaşvili.

Melaşvilinin bəyanatına görə, onun ümidi var ki, məhkəmədə doğru olduğu təsdiqlənəcək.

“Yalançı-doğruçu bəlli olsun, çünki mənə qarşı irəli sürülən ittihamları kimsə təsdiqləyə bilməz, çünki bu ittihamları təsdiqləyəcək dəlillər yoxdur. Ölkəyə zərər verən hərəkətlər etməkdən baş qaçırdsınlar” – deyir İveri Melaşvili.