İveri Melaşvili 1995-1996-cı illərdə Davit Qarecinin yerləşdiyi nöqtəyi 2006-cı ildə dəyişdirdiyi ilə bağlı ittihamları qəbul etmir
İveri Melaşvili 1995-1996-cı illərdə Davit Qarecinin yerləşdiyi nöqtəyi 2006-cı ildə dəyişdirdiyi ilə bağlı ittihamları qəbul etmir

İveri Melaşvili prokurorluğun bəyanatı ilə razlaşmır, hansına əsasən, o 1995-1996-cı illərdə Davit Qarecinin tamamilə Gürcüstan ərazisində olduğu pozisiyayı, 2006-cı ildə dəyişdirib.

Ancaq, Gürcüstanın Birinci Kanalı ilə söhbət zamanı İveri Melaşvili qəbul etdi ki, onun əlindən 1995-96-cı illərin sənədləri əlindən alındı, hansında, görünür ki, Davit Qareci tamamilə Gürcüstan ərazisindədir.

Melaşvilinin dediyinə görə, prokurorluğun bəyanatları iki ölkə arasında aparılan danışıqlara ciddi zərər verir.

“Heç bir mövqe dəyişdirilməyib. Gürcüstan prokurorluğunun bəyanatları isə, ölkə üçün zərərlidir” – dedi Melaşvili.

“Davit Qareci sözsüz Gürcüstan ərazisidr və söhbət bundan getmir. Danışıqlar da Bertubaninin Gürcüstan ərazisinə keçməsi üçün aparılırdı” – dedi Melaşvili.

Audio-yazılarla bağlı, hansında Melaşvili komisiyanın digər üzvü Malxaz Mikeladzeyə deyir ki,  “sərhədləri elə razılaşdırmayın ki, monasterin bir hissəsi Azərbaycan ərazisində qalsın”, Melaşvili bəyan edir:

“Mən elə onu nəzərdə tuturdum ki, işlərin aparıldığı sürədə hərhansı bir mövqe bildirməsinlər. Bizim mövqeyimiz hər zaman Gürcüstan ərazisini qorumaq idi. Nəyi alıb, nəyi itirəcəyimiz sadəcə komisiyadan deyil, ölkədən də asılıdır. Əgər prokurorluğun sualları varsa, soruşsunn, cavab verək. Çıxıb kiminsə, hansısa mövqeləri dəyişdiyi barədə bəyanatlar vermək qeyri-məqbuldur” – dedi Melaşvili.