İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində yaz semestrində tədris prosesinin mayın 13-dən qarışıq, hibrid formatda keçiriləcəyi bildirilir
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində 2021-2022-ci tədris ilinin yaz semestrində tədris prosesi mayın 13-dən qarışıq, hibrid formatda keçiriləcək, – bu barədə məlumatı TDU yayır.
“Müvafiq dəyişiklik “İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində 2021-2022-ci tədris ili üçün tədris prosesinin müddətlərinin müəyyən edilməsi haqqında” rektorun 2 avqust 2021-ci il tarixli əmrinə daxil edilib. Rektorun əmrinə əsasən, təhsil proqramının və ya onun tərkib hissələrinin keçirilməsi formatı barədə qərar proqramların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq fakültə tərəfindən qəbul edilir.
Bundan əlavə, 2021-2022-ci tədris ilinin yaz semestrinin yekun və əlavə imtahanları qeyri-distant, əyani formatda keçiriləcək. Gürcüstanın işğal olunmuş ərazisində olan tələbələr üçün istisnalar olacaq” -deyə TDU-dan bildirirlər.