İtkin düşən gənc qız Tamar Baçaliaşvilinin ailəsi və qonşuları Poniçalada aksiya keçirirlər
Dörd gün öncə itkin düşən gənc qız Tamar Baçaliaşvilinin ailəsi və qonşuları Poniçalada aksiya keçirirlər.
Onlar polisi və istintaqı yetərsiz iş görməklə ittiham edirlər.
Etiraz edənlər avtomobil yolunu bağlamağa çalışdılar, ancaq polis onlara mane oldu.
Aksiya iştirakşıları tələb edirlər ki, onlara itkin düşən qızı öz imkanları ilə axtarmağa imkan verilsin.
“Dörd gündür “hələdə axtarırıq” sözündən başqa polisdən bir şey eşitmədik” – deyir itən qızın anası.
Tamar Baçaliaşvilini axtarışını həyata keçirən müstəntiq isə, itən qızın anasına müraciət edərək, onu aparılan işləri öz gözləri ilə görmək üçün dəvət etdi.
23 yaşlı Tamar Baçaliaşviliyi dördüncü gündür axtarırlar.