İtaliya polisi rəssam Modilyaninin saxta sərgisinin təşkilatçılarını axtarır

İtaliya polisi Genua şəhərində, keçən ilin mart ayında təşkil edilən sərginin təşkilatçılarını axtarır.

Ekspresionist rəssam Amadeo Modilyaninin rəsm əsərləri, 2017-ci ildə, dörd ay ərzində sərgidə təqdim edilmişdi.

Ancaq rəsm əsərlərinin həqiqiliyində şübhə yarandıqdan sonra, sərgi dərhal bağlandı.

Sənət sahəsinin mütəxəssisləri müəyyən etdilər ki, sərgiyə çıxardılan bəzi əsərlər saxta idi.