İtaliyada son 24 saat ərzində koronavirusun 14 372 yeni halı aşkar edildi, 467 pasiyent vəfat etdi
İtaliyada son 24 saat ərzində koronavirusun 14 372 yeni halı aşkar edildi, 467 pasiyent vəfat etdi.
Müvafiq məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkə xəstəxanalarında 20 778 virusa yoluxan pasiyent müalicə olunur. Buradan 2 288 pasiyent intensiv terapiya şöbəsindədir.