İtaliya Gürcüstan vətəndaşları üçün sərhədlərini açdı.
İtaliya Səhiyyə Nazirliyinin qərarı ilə, koronavirus epidemiyasına görə, qoyulan məhdudiyyətlər Avropa İttifaqının qeyri üzvü olan 14 ölkə üçün azaldılacaq.
Bu ölkələr: Əlcəzayr, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Maroko, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tayland, Tunis və Uruqvaydır.
İtaliya Səhiyyə Nazirliyinin veb-səhifəsində yayılan məlumata görə, məhdudiyyətlərin azaldılması fonunda İtaliya Şengen zonasından kənar ölkə vətəndaşları üçün karantin rejimini qüvvədə saxlayır.