İsveçrə Gürcüstan vətəndaşları üçün sərhədini iyulun 20-də açacaq.
Bu haqda məlumatı İsveçrənin Gürcüstandaki səfirliyi yayır.
Səfirliyin məlumatına görə, iyulun 20-dən qüvvəyə minəcək olan yeni qaydalar və tədbirlər haqqında məlumat veb-səhifədə yerləşdiriləcək.
“Xahiş edirik, nəzərə alın ki, İsveçrə sərhədləri iyulun 20-nə qədər bağlıdır” – deyilir səfirliyin bəyanatında.