İsraildən Qəzzaya girov götürülən insanların ailə üzvləri hökumətlə görüş tələb edir
İsraildən Qəzzaya girov götürülən insanların ailə üzvləri hökumətlə görüş tələb edir

Qəzza sektoruna İsraildən girov götürülən insanların ailə üzvləri hökumətlə görüş tələb edir.

“BBC”nin yazdığına əsasən, girovların ailə üzvləri dünən gecə həyata keçirilən hücumlar zamanı “Həmas”ın girovları saxladığı yerlərə ziyan vurulub-dağılmadığını maraqlandırır.

“O gecə ən dəhşətli gecə idi. Uzun və yuxusuz bir gecə idi. Əməliyyatın fonunda girovların taleyi ilə bağlı tam qeyri-müəyyənlik içərisindəyik, onlar da hücum nöqtəsində ola bilər. Ailələr izahat gözləyirlər. Hər dəqiqə bir əbədiyyət kimi görünür. Biz hökuməti və Nazirlər Kabinetinin üzvlərini dərhal bizimlə görüşməyə çağırırıq”, – girovların ailə üzvlərinin bəyanatında deyilir.