İsrail Xarici İşlər Nazirliyi - gürcü xalqı ilə həmrəy olduğumuzu bildirir və dərin hüznlə başsağlığı veririk
İsrail Xarici İşlər Nazirliyi - gürcü xalqı ilə həmrəy olduğumuzu bildirir və dərin hüznlə başsağlığı veririk

 
İsrail Xarici İşlər Nazirliyi gürcü xalqı ilə həmrəy olduğunu bildirir və Şovidə baş vermiş dağıdıcı sürüşmə nəticəsində həlak olanlara görə başsağlığı verir.

“Bu gün Gürcüstan Şovidə dağıdıcı sürüşmə qurbanları üçün yas tutarkən biz gürcü xalqı ilə həmrəy olduğumuzu bildirir və dərin hüznlə başsağlığı veririk” -deyə İsrail Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 18 nəfər həlak olub.

Bu gün Gürcüstanda matəm günüdür.