İsrail prezidenti - Biz müttəfiqlərimizi dinləyirik, amma əvvəlcə özümüzü qoruyuruq
İsrail prezidenti - Biz müttəfiqlərimizi dinləyirik, amma əvvəlcə özümüzü qoruyuruq

Biz müttəfiqlərimizi dinləyirik, lakin ilk növbədə özümüzü qoruyuruq, – İsrail prezidenti İsaak Herzoq bildirib.

İsrail prezidentinin sözlərinə görə, təəssüf ki, İsrailin etiraf etməkdən çəkinmədiyi faciələr var, lakin faciələrin əksəriyyətini “HƏMAS” törədib.

İsaak Herzoq Qəzza sektorundakı Əl-Şifa xəstəxanasının elektrik enerjisi ilə təmin olunmaması ilə bağlı məlumatı təkzib edib. Herzoqun sözlərinə görə, ordu xəstəxana rəhbərliyi ilə danışır və onun sözlərinə görə, “Həmas”ın qərargahı binanın altındadır.

İsrail prezidenti həmçinin qeyd edib ki, İsrail əsgərləri Qəzzanın şimalındakı “Həmas” bazasında Adolf Hitlerin ərəb dilinə tərcümə olunmuş “Mein Kampf” kitabını tapıblar.