İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin Cenin şəhərində məscidə hücum edib
İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin Cenin şəhərində məscidə hücum edib

İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin Cenin şəhərində məscidə hücum edib. Fələstin tərəfi hücumda 4 nəfərin öldüyünü bildirir.

İsrail hücumun məqsədinin gözlənilən terror aktının qarşısını almaq olduğunu iddia edir.

İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, terror aktı bu məscidin yeraltı komandanlıq mərkəzindən planlaşdırılırdı.

İsrail Müdafiə Qüvvələrinin yaydığı bəyanatda “HƏMAS” döyüşçülərinin məsciddən hücumlar üçün planlaşdırma və icra bazası kimi istifadə etdiyi bildirilir.