İsrail Müdafiə Qüvvələri dünən gecə döyüş təyyarələrinin Qəzzada 150 yeraltı hədəfi vurduğunu, "HƏMAS"ın hava əməliyyatlarının rəhbərinin öldürüldüyünü bildirib
İsrail Müdafiə Qüvvələri dünən gecə döyüş təyyarələrinin Qəzzada 150 yeraltı hədəfi vurduğunu, "HƏMAS"ın hava əməliyyatlarının rəhbərinin öldürüldüyünü bildirib

İsrail döyüş təyyarələri ötən gecə 150 ​​yeraltı hədəfi vurub, “HƏMAS”ın hava əməliyyatlarının rəhbəri öldürülüb,- bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.

Müdafiə qüvvələrinin məlumatına əsasən, “HƏMAS”ın hava əməliyyatlarına cavabdeh olan Asem Abu Rabaka öldürülüb. Əbu Rabaka pilotsuz uçuş aparatları və paraplanlar, həmçinin hava hücumundan müdafiə sistemlərinə cavabdeh idi.

Müdafiə Qüvvələrindən verilən açıqlamada, Əbu Rabakanın 7 oktyabr hücumunda iştirak etdiyi və paraplanla İsrailə daxil olan “terrorçuları idarə etdiyi” qeyd edilib.