İsrail aviasiyası Qəzza zolağını bombaladı
İsrail aviasiyası Qəzza zolağını bombaladı

İsrail aviasiyası Qəzza zolağını bombaladı. İsrail müdafiə qüvvələri tərəfindən yayılan məlumatda deyilir ki, avia zərbələr “Hamas” Fələstin radikal hərəkatı tərəfindən İsral istiqamətinə raketlərin buraxılmasından sonra başladı.

Qəzza zolağından atılmış raketlər İsrailin cənub hissəsinə, Xop-Aşkelon bölgə şurası ərazisinə, yaşayış evinin yanına düşdü.

Bombalama nəticəsində xəsarət alan olmayıb.

 

İsrailin hərbi aviasiyası cavab olaraq “Hamasın” altı obyektini, o cümlədən təlim mərkəzini bombaladı.

 

Şərh yaz