Fələstinə həmrəylik əlaməti olaraq, Türkiyə üçgünlük matəm elan etdi
Fələstinə həmrəylik əlaməti olaraq, Türkiyə üçgünlük matəm elan etdi

Qəzza sərhədində, İstrail həbiçiləri ilə toqquşma nəticəsində həlak olan fələstinlilərin xatirəsini yad etmək üçün, Türkiyə üçgünlük matəm elan etdi.

Anadolu agentliyinin məlumatına görə, bu barədə Türkiyə baş naziri müavini, Bekir Bozdağ bəyan etdi. Türk yüksəkvəzifəlisinin dediyinə görə, Qüdsdə səfirliyin açılması ilə, ABŞ, BMT TŞ-nın qətnaməsini pozdu.

“Bu günki gün tarixdə müsəlmanlar və müsəlman dövlətləri üçün “qanlı bazar ertəsi” kimi qalacaq”, – Bozdağ bəyan etdi.

Onun dediyinə görə, Türkiyə İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar iclasını çağırdı. İclas mayın 18-də keçiriləcək.

Qəzza sərhədində baş verənlərə görə, Türkiyə israil və ABŞ-dan məsləhətləşmələr üçün səfirləri çağırdı.