İspaniyada Gürcüstanın 19 vətəndaşının yaxalanması haqqında DİN bəyanat yayır

Cari ilin noyabrın 29-da, İspaniya Krallığının Daxili İşlər Nazirliyinin Milli Polisin Kriminal Polis Departamentinin, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və İspaniya Krallığında Gürcüstan Daxili İşlər Nazirliyinin polis attaşesinin fəal əməkdaşlığı nəticəsində, mütəşəkkil-cinayətkar qrupu aşkar edilərək yaxalandı. Bu haqqda Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

İdarənin məlumatına görə, İspaniya Krallığının Madrid və Barselona şəhərlərində eyni vaxtda miqyaslı xüsusi əməliyyat keçirildi və nəticədə 23 nəfər, o cümlədən 19 Gürcüstan vətəndaşı yaxalandı.

Yaxalananlar mütəşəkkil-cinayətkar qrupunun üzvlüyündə, mənzil oğurluğunda ittiham olunurlar.

İspaniyalı hüquqmühafizəçilər, xüsusi əməliyyat nəticəsində, böyük miqdarda pul və oğurlanmış əşyaları dəlillər kimi götürdülər.