İşğal xəttinin ətrafında yerləşən 19 yaşayış məntəqəsinə yüksək dağlıq statusu veriləcək
İşğal xəttinin ətrafında, Duşeti və Qori munisipalitetində yerləşən 19 yaşayış məntəqəsinə yüksək dağlıq statusu veriləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria hökümət iclasında verdi.
Giorgi Qaxaria qeyd etdi ki, yüksəkdağlıq statusu 59 yaşayış məntəqəsinə veriləcək.
Faktiki olaraq, elə çıxır ki, bu statusdan istifadə edən 246 min vətəndaşımıza yenə 26 min əlavə ediləcək. Həmçinin Quriyada Qomi dağı da bu statusu alacaq” – dedi baş nazir.