İsani rayonunda iki uşaq bağçası tikilir
İsani rayonunda iki uşaq bağçası tikilir

 

İsani rayonuna iki yeni uşaq bağçası əlavə olunacaq. Avlabaridə Sainqilo küçəsində səkkiz qrupluq uşaq bağçasının tikintisi başa çatdırılıb, daxili və xarici infrastruktur qurulub. Uşaq bağçası 250 körpə üçün nəzərdə tutulub və cari ilin sentyabr ayında fəaliyyətə başlayacaq.

Tbilisinin Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin rəhbəri Kaxaber Qvantseladze, rayonun icra başçısı Nika Elisaşvili və majoritar deputat Kaxa Labuçidze ilə birlikdə başa vurulmuş tikinti işləri ilə tanış olub.

” Tikdiyimiz bütün yeni uşaq bağçaları müassir standartlara tam uyğundur – binalar fiziki məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılacaq, uşaq bağçaları yanğın təhlükəsizliyi və videomüşahidə sistemləri, fiziki məhdudiyyətli şəxslər və texniki liftlərlə təchiz olunacaq. Hər bir uşaq bağçasında vətəndaşlara rahat və təhlükəsiz şəraitdə məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradırıq”- deyə Kaxaber Qvantseladze bildirib.

Daha bir uşaq bağçası Vazisubani yaşayış məntəqəsində, Aşot Kurapalat küçəsində tikilir ki, bina 9 qrupluqdur və 60 nəfərə qədər insan işlə təmin olunacaq. Bu ərazidə yaşayış sahəsi günü-gündən genişlənir və məktəbəqədər təhsil xidmətlərinə tələbat durmadan artır.

Kaxaber Qvantseladzenin sözlərinə görə, Kurapalat küçəsində yerləşən yeni bağçanın istifadəyə verilməsi 2023-cü ilə planlaşdırılır.

Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.