İrma İnaşvili - Biz xalq tərəfindən ən çox dəstəyi olan siyasi qüvvəyik

“Vətənpərvərlər alyansı” Azadlıq meydanında aksiya keçirdi.

Partiya liderləri nitqlə çıxış edərkən, parlament seçkiləri və ölkədə mövcud olan vəziyyət haqqında danışdılar.

Onların dediklərinə görə, partiya tərəfindən keçirdikləri sorğu nəticəsində təsdiqləndi ki, “Vətənpərvərlər alyansının” ən çox dəstəkçisi var.

“Biz önəmli seçki mərhələsinə keçirik. Hamınız gördünüz ki, bizim partiyanın ən çox dəstəkçisi var. Ölkədə yalan artıq başa çatmalıdır. Hamı bilir ki, biz ölkədə, xalq tərəfindən ən çox dəstəyi olan siyasi qüvvəyik” – dedi İrma İnaşvili.

“Vətənpərvərlər alyansının” liderlərindən biri olan Davit Tarxan-Mouravi bəyan etdi ki, onların partiyasını 900 000 nəfər dəstəkləyir və bunu sorğu nəticəsində yığılan audio-yazılar təsdiqləyir.