İrakli Şotadze kibercinayətkarlıq sahəsi üzrə ABŞ Ədliyyə Departamentinin ekspertləri ilə görüşüb
İrakli Şotadze kibercinayətkarlıq sahəsi üzrə ABŞ Ədliyyə Departamentinin ekspertləri ilə görüşüb

 

Gürcüstanın baş prokuroru İrakli Şotadze kibercinayətkarlıq sahəsi üzrə ABŞ Ədliyyə Departamentinin ekspertləri ilə görüşüb. Məlumatı Prokurorluğun mətbuat xidməti yayır.

İdarədən verilən məlumata görə, Baş Prokurorluqda keçirilən görüşdə baş prokurorun müavinləri, prokurorluğun nümayəndələri, ABŞ-ın Gürcüstandakı səfirliyinin müşaviri Lena Ouens, kibercinayətkarlığın araşdırılması sahəsi üzrə ekspertlər Endryu Jiqielski, Kristofer Vonqs, Tom Doqherts və Nikhil Bhaqatsi iştirak ediblər. Tərəflər kibercinayətkarlıqla mübarizənin effektivliyinin artırılması üzrə planlaşdırılan tədbirlər , o cümlədən ABŞ Ədliyyə Departamentinin dəstəyi ilə mayın 17-20-də Gürcüstanın Baş Prokurorluğunda kriptovalyuta cinayətləri ilə əlaqədar keçiriləcək dörd günlük təlim barədə müzakirə aparıblar.

Kibercinayətkarlıqla mübarizənin effektivliyini artırmaq məqsədilə Gürcüstan Prokurorluğu və ABŞ Ədliyyə Departamentinin əməkdaşlığı çərçivəsində gələcəkdə də bir sıra mühüm təlim tədbirlərinin keçirilməsi planlaşdırılır.