İrakli Kobaxidze - Görünür Uça Nanuaşvili siyasi fəallıq üçün hazırlaşır
İrakli Kobaxidze - Görünür Uça Nanuaşvili siyasi fəallıq üçün hazırlaşır

Parlamentin sədri İrakli Kobaxidze hesab edir ki, hazırki xalq müdafiəçisi, Uça Nanuaşvili siyasi fəallıq üçün hazırlaşır.

Birinci Kanal İrakli Kobaxidzedən xahiş etdi ki, öz bəyanatında xalq müdafiəçisini siyasi cəhətdəm motivləşdirilmiş adlandırdığı zamanı nəyi nəzərdə tutduğunu, konkretləşdirsin.

“Bu diskusiyanı dərinləşdirmək istəmirəm. Bir sıra səbəb var ki, bu cür dəyərləndirmə verilsin. Və xalq müdafiəçisi bunun nümayişini demək olar hər gün edir. Təəssüf ki, son bir il ərzində o, siyasi fəallığa keçmişdi. Görünür siyasi fəallığa, artıq xalq müdafiəçisi vəzifəsində işləməyəcəyinə görə hazırlaşır.

Bundan başqa, xalq müdafiəçisi ilə bağlı, Kobaxidze Tea Sulukiani və Şota Şalelişvili tərəfindən bəyanatlara da əks səda verdi.

“Tea Sulukianin mənəvi hüququ var ki, xalq müdafiəçisinin işini dəyərləndirsin. Mən onun dəyərləndirməsini dinlədim. Cavab bəyanatına gəldikdə isə, bu düzgün deyildi və əgər komanda daxilində nəisə fikir müxtəlifliyi varsa, bu ilk növbədə komandanın daxilində həll olunmalıdır və açıq bəyanatlar sonra edilməlidir”,- Kobaxidze əlavə etdi.

O ki, qaldı yeni xalq müdafiəçisi namizədinə, Kobaxidze qeyd etdi ki, məsələ üzərə məsləhətləşmələr davam edir və hakim komanda namizədi hələlik açıqlaya bilməz.

Parlament yeni xalq müdafiəçisini dekabrın 7-nə qədər seçməli olacaq, çünki Nanuaşvilinin səlahiyyəti həmin vaxtı tükənir.