İrakli Kobaxidze - Seçiciləri rüşvətlə almaq cəhdləri ilə bağlı konkret faktlara sərt reaksiya göstəriləcək
İrakli Kobaxidze - Seçiciləri rüşvətlə almaq cəhdləri ilə bağlı konkret faktlara sərt reaksiya göstəriləcək

“Gürcü Arzusu” partiyasının icraçı katibi İrakli Kobaxidze bəyan edir ki, seçicilərin rüşvətlə və sairə alınması və tərəf edilməyə çalışılması kimi faktlar qeydə alınsa, onlara çox sərt reaksiya göstəriləcək.

İrakli Kobaxidze qeyd etdi ki, bu məsələ ilə bağlı müxalifətin ittihamlarını təsdiqləməq lazımdır, çünki onların ittihamları çox vaxt hərhansı fakta əsaslanmır.

“Əgər hardasa seçiciləri tərəf edib, rüşvətlə və sairə almaqla bağlı konkret faktlar qeydə alınsa, buna çox sərt reaksiya veriləcək. “Gürcü Arzusu”-nun güclü nəticələri var və belə olduğu halda, seçki mühitinə kölgə salmaq imkanı kimsəyə verilməyəcək.

Seçiciyə rüşvət vermək, məhsul paylamaq və sairə, qanuna zidd hərəkətlərdir və seçki mühitinə böyük zərər verir, ona görə də belə faktlara çox sərt reaksiya veriləcək” – dedi İrakli Kobaxidze.