İrakli Kobaxidze - Saakaşvili Gürcüstana gəlsə, ona həbsxana kamerasında gözəl bir rol veriləcək
Saakaşvili Gürcüstana gəlsə, ona həbsxana kamerasında gerçək və gözəl bir rol veriləcək, – bu barədə bəyanatı parlament əksəriyyətinin üzvü İrakli Kobaxidze verdi.
Bu bəyanatla o jurnalistin sualına cavab verdi, hansı ki, Mixeil Saakaşvilinin gürcü siyasətindəki rolunun nə olduğun soruşdu.
“Bu çox gülməli bir sualdır. Əgər Saakaşvili Gürcüstana gəlsə ona ancaq həbsxana kamerasında gerçək bir rol veriləcək” – dedi İrakli Kobaxidze.
Xatırladaq ki, avqustun 27-də, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosiyal şəbəkədə bəyanat yaydı və buraxdığı səhvlərə görə, ictimaiyyətdən üzr istədi.
O qeyd etdi ki, düşünmək üçün çox vaxtı oldu və indi Gürcüstan xalqına daha yaxşı xidmət edəcək.
Saakaşvili bəyanatını növbəti sözlərlə başa çatdırdı: “Mən geri qayıdacam”.