İrakli Kobaxidze - Provokasiyalar ən çox Bolnisidə, Dmanisidə, Marneulidə, Batumidə, Zuqdididə və Qldanidə gözlənilir
Provokasiyalar ən çox Bolnisidə, Dmanisidə, Marneulidə, Batumidə, Zuqdididə və Qldanidə gözlənilir, – bu bəyanatı “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze bugünki brifinqdə verdi.
Onun dediyinə görə, provokasiyaların təşkil edilməsi baxımından müşahidəçilər ən böyük diqqəti “Milli Hərəkətinin” üzvləri olan Devi Çankotadzeyə, Dmitri Şaşkinə və Nikanor Meliaya diqqət yetirməlidirlər.
“Məlumat aldıq ki, onlar rezin dəyənəklərlə və elektroşoklarla silahlanmış ekipaj hazırlayıblar. Onların əksəriyyəti sabiq hərbçi və polisdir və müvafiq olaraq da, silah gəzdirmək üçün icazələri var. “Milli hərəkatın” ofisindən gələn məlumatımız var, hansına əsasən, deskturktiv hərəkətlər üçün hazırlanan insanların siyahısı yaradılıb” – dedi İrakli Kobaxidze.
İrakli Kobaxidze hüquqmühafizəçiləri diqqətli olmağa və müvafiq reaksiya göstərməyə çağırdı.
“Hərkəsə tapşırırıq ki, destruksiya hərhansı forması və cəhdləri qanunla sərt şəkildə cəzalandırılacaq” – dedi İrakli Kobaxidze.
Onun dediyinə görə radikal müxalifətdən fərqli olaraq, “Gürcü Arzusu” yüksək məsuliyyət göstərdi və bütün seçki qabağı tədbirlərini pandemiya ilə bağlı rekomendasiyaları qoruyaraq, keçirdi.
Kobaxidze “Gürcü Arzusunun” tərəfdarlarına müraciət etdi ki, seçkilərin demokratik şəkildə keçirilməsi üçün maksimal dözüm göstərsinlər və kimsəyə seçki mühitinə kölqə salmağa izin verməsinlər.
Birifinq zamanı “Gürcü Arzusu – Demokratik Gürcüstanın” icraçı katibi Qoridə dünən gecə saatlarında baş verən hadisəyə də səsləndi və həlak olanların ailələrinə baş sağlığı verdi.