İrakli Kobaxidze-  prezidentlə komunikasiyada olmamışıq,əfv ilə bağlı qərarı brifinqdən eşitdik
 İrakli Kobaxidze-  prezidentlə komunikasiyada olmamışıq,əfv ilə bağlı qərarı brifinqdən eşitdik

 

Prezident siyasi hakimiyyətdən ayrıdır  və bu belə də  olmalıdır,müvafiq olaraq  ,biz prezidentə hər hansı bir göstəriş verə bilməzdik,bu heç fikrimizdən belə keçməyib-deyə parlament əksəriyyətinin üzvü,İrakli Kobaxidze  jurnalistlərin,hökumət prezidenti Qiqi Uqulava və İrakli Okruaşvilini əfv etməyə məcbur  mu edib  deyə sualına cavabında bildirib.

Bu günkü qərarla bağlı hər hansı bir məlumata sahib olub-olmamalarına dair suala, İrakli Kobaxidze cavabında qeyd edib ki, bu məsələ ilə bağlı prezident ilə komunikasiyada olmayıblar.

″Bu məsələ ilə bağlı prezident ilə komunikasiyamız olmayıb.Bu barədə brifinq keçirilərkən öyrəndik″-deyə İrakli Kobaxidze bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva