İrakli Kobaxidze - Pandemiya səbəbiylə seçkilərə heç bir təhlükənin yaranmayacağına dair nikbin proqnozumuz var
Koronavirusa görə,seçkilərlə bağlı heç bir problemin yaranmayacağına böyük ümidimiz var-bu barədə Parlament çoxluğunun üzvü, İrakli Kobaxidze Gürcüstanın Birinci Kanalının efirində,konstitusiya layihəsinin müzakirəsi zamanı bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, beynəlxalq tərəfdaşlar və qeyri-hökumət sektorunun nümayəndələri ilə məsləhətləşmələr aparılıb ki, məntəqələr və dairələr ətrafında risklərin qarşısının alınması üçün bir sıra tənzimləmələr müəyyən edilmiş olsun.
“Heç bir problem yaranmayacağına böyük ümidlərimiz var. İkinci dalğanın mümkünlüyü ilə bağlı söhbətin olduğunu bilirsiniz , lakin nə vaxt olacağını heç kim bilmir. Seçkilərə gəlincə isə, konstitusiyaya görə, oktyabrın 31-də, ikinci tur isə 21 noyabrda keçirilir. Nəzəri variant ola bilər, amma seçkilərə heç bir təhlükənin yaranmayacağı ilə bağlı nikbin proqnozumuz var.
Lakin, beynəlxalq tərəfdaşlarla və qeyri-hökumət sektorunun nümayəndələri ilə məsləhətləşdik ki, bütün hallarda risklərin qarşısını almaq üçün müəyyən tədbirlər görülsün. Seçki məntəqələrində və məntəqələrin ətrafında bir tərəfdən səsvermə prosesində seçicilərin səs verməsinə maneəçiliklərin yaranmaması üçün, digər tərəfdən isə seçkilərin pandemiyanın yayılması üçün əlavə mənbəyə çevrilməməsi məqsədi ilə bir sıra qaydalar tətbiq oluna bilər.Biz birlikdə müzakirə etdik və hansı qərarla bağlı tam konsensus əldə olunar isə,o qərar üzərində razılaşacağıq “-deyə İrakli Kobaxidze bildirib.
Hazırladı-Sevinc Mustafayeva