Archil Talakvadze- Müxalifətin radikal hissəsi iqtidar partiyasının 40 faizdən az dəstəklə hökumət qurmaq istədiyinə dair spekulyasiyalar edirdi , "Gürcü Arzusu" hakimiyyətdə heç vaxt 40 faizdən az dəstəklə olmayıb
Gürcüstan parlamentinin sədri,Archil Talakvadzenin sözlərinə görə, konstitusiya təşəbbüsünə dair parlament və parlamentdən kənar qüvvələr arasında geniş konsensus mövcuddur. İrakli Kobaxidze bu barədə Gürcüstanın Birinci kanalının efirində Konstitusiyanın Ümumi- ictimai müzakirəsi zamanı bildirib.
“Hazırda parlament və parlamentdən kənar qüvvələr arasında geniş konsensusun olduğu konstitusiya təşəbbüsü var. Bu dəyişiklik ilk növbədə 120/30 bölünməsinin qəbul olunmasını nəzərdə tutur.Bu o deməkdir ki, növbəti parlamentdə 120 deputat proporsional siyahı ilə , 30 deputat isə majoritar dairələrdən seçiləcək. Bu dəyişikliklərdə əks olunan ikinci məsələ bir faizlik seçki həddidir, yəni bir faizlik seçki həddini keçə bilməyən siyasi qüvvə, əlbəttə ki, parlamentə öz nümayəndələrini daxil edə bilməyəcək”-deyə Talakvadze bildirib.
Eyni zamanda parlament çoxluğunun üzvü müxalifətin radikal hissəsinin hakim partiyanın 40 faizdən az dəstəklə hökumət qurmaq istədiyi barədə spekulyasiya etdiyini bildirib.
Konstitusiya Komissiyasının üzvləri Archil Talakvadze, İrakli Kobaxidze, İrma İnaşvili və Mariam Jaşi Gürcüstanın Birinci Kanalında yayımlanan konstitusiya dəyişikliklərinin ümumi-ictimai müzakirəsində iştirak edirlər. Vahid Milli Hərəkatın üzvü Tina Bokuchava və Avropalı Gürcüstanın nümayəndəsi Serqi Kapanadze müzakirələrdə iştirakdan imtina etdilər.
Hazırladı-Sevinc Mustafayeva