İrakli Kobaxidze - Müxalifət Saakaşvilinin təlimatları ilə hərəkət etməsə, bir çox məsələ ilə bağlı oturub, razılaşa bilərik
Müxalifət polyarizasiya və qeyri-konstruktivliklə bağlı Saakaşvilinin təminatları ilə hərəkət etməsə, bir çox məsələ ilə bağlı oturub, razılaşa bilərik, – bu bəyanatı “Gürcü Arzusunun” üzvü İrakli Kobaxidze koordinasiya iclaslarında müxalifətin iştirakı ilə bağlı danışarkən verdi.
Onun dediyinə görə, danışıqların əsas məqsədi siyasi polyarizasiyanın azaldılmasıdır.
“Bu danışıqlara qoşulmamızın əsas məqsədi odur ki, maksimal şəkildə polyarizasiyayı azaldaq və müxalifəti daha konstruktiv edək.
Əgər bunu bacarsaq, söz verirəm ki, müxalifət bütün proseslərə qoşulacaq.
Əsas odur ki, biz də onlar tərəfindən konstruktiv münasibət görək” – dedi İrakli Kobaxidze.