İrakli Kobaxidze - Müxalifət öz namizədi üzrə razılaşıb, təqdim etsə, bu bizim üçün seçkilərin ilk turunda qalib ola biləcəyimizin zəmanəti olacaq
İrakli Kobaxidze - Müxalifət öz namizədi üzrə razılaşıb, təqdim etsə, bu bizim üçün seçkilərin ilk turunda qalib ola biləcəyimizin zəmanəti olacaq

Müxalifətin seçkilərdə öz baş nazir namizədini irəli aparmaq üçün heç bir şansı yoxdur, – bu barədə bəyanatı “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze verdi.

Onun dəyərləndirməsinə görə, müxalifət tərəfindən namizəd irəli sürmək gülməli olar.

“Müxalifət nümayəndələri gülünc obyekti olmaq istəmədikləri üçün öz namizədini təqdim edə bilmirlər. Majoritar namizədlərə gəlincə isə, müxalifət öz namizədlərini təqdim etsə, bu bizim üçün seçkilərin ilk turunda, hər 30 məntəqədə qalib ola biləcəyimizin zəmanəti olacaq.

Bunu 2019-cu ilin seçkilərində də gördük, sadəcə Mtatsminda məntəqəsində ikinci tur lazım oldu. Bu səfər isə, bütün məntəqələrdə qalib olacağıq” – dedi İrakli Kobaxidze.