İrakli Kobaxidze - "Milli Hərəkat" iqtidarda olan zamanı Rusiyanın tapşırığını yerinə yetirirdi, eyni şeyi müxalifətdəykən də edir
İrakli Kobaxidze - "Milli Hərəkat" iqtidarda olan zamanı Rusiyanın tapşırığını yerinə yetirirdi, eyni şeyi müxalifətdəykən də edir

“Müxalifət partiyalarının ABŞ Dövlət Katibini aksiya ilə qarşılamaları çox önəmli və maraqlı haldır” – bu bəyanatı “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze, Mayk Pompeonun Gürcüstana səfəri fonunda müxalifət tərəfindən keçirilən aksiya haqqında verdi.

Onun dediyinə görə, müxalifət Rusiyanın işini yerinə yetirir.

“Bütün müxalifət partiyaları üçün bunu deyə bilmərəm, ancaq əsas siyasi rəqiblərimiz iqtidarda olduqları zaman Rusiyanın tapşırıqlarını yerinə yetirdilər. İndi də müxalifətdəykən, yenə eyni şeyi edirlər.

ABŞ dövlət katibini aksiya ilə qarşılamaları da bu tapşırığın hissəsidir. Bunlar gələcəkdədə Rusiyaya xidmət etməyə davam edəcəklər” – dedi İrakli Kobaxidze.