İrakli Kobaxidze - Mixeil Saakaşvilinin bəyanatı ikiqat qanun pozuntusudur, xarici və daxili müşahidəçilər onun bəyanatı ilə maraqlanmalıdırlar
İrakli Kobaxidze - Mixeil Saakaşvilinin bəyanatı ikiqat qanun pozuntusudur, xarici və daxili müşahidəçilər onun bəyanatı ilə maraqlanmalıdırlar

Mixeil Saakaşvilinin bioqrafiyasında ağır qanun pozuntuları var, indi isə, onların üstünə yenə biri artdı, – bu barədə bəyanatı parlament əksəriyyətinin nümayəndəsi İrakli Kobaxidze verdi.

İrakli Kobaxidze Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bəyanatına cavab verdi, hansında Saakaşvili deyir ki, “Gürcüstanın tamamən dağıdılıb, yox olmasına sakit baxa bilməyəcəq və mübarizənin ilk xəttində duracaq”.

“Mixeil Saakaşvilinin bu bəyanatı birbaşa seçki qanunvericiliyinin pozuntusudur. O artıq Gürcüstan vətəndaşı deyil və Ukraynanın dövlət işçisidir və təbii ki, məsuliyyəti ikiqat artıqdır. Xarici və daxili müşahidəçilər bu məsələ ilə maraqlanmalıdırlar. Ümid edirik ki, onun bəyanatına müvafiq reaksiya veriləcək” – dedi İrakli Kobaxidze.