İrakli Kobaxidze - Konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi televiziya formatında keçiriləcək
İrakli Kobaxidze - Konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi televiziya formatında keçiriləcək

Parlament əksəriyyətinin üzvü İrakli Kobaxidzenin bəyanatına görə, Konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi televiziya formatında keçiriləcək.

İrakli Kobaxidze qeyd etdi ki, öncə iki görüş keçiriləcək, harda konstitusiya dəyişikliklərinin məzmunu haqqında izahatlar veriləcək.

İctimai müzakirələrə gəlincə isə, Kobaxidzenin dediyinə görə, onlar fövqəladə vəziyyət başa çatan kimi keçiriləcək. Təqribən 2-3 həftəyə, ya da mayın 22-dən sonra.

“Televiziya formatında iki görüş keçiriləcək. Sual-cavab imkanı da olacaq. Ancaq, təbii ki, bu format da pandemiya şəraitlərinin nəzərə alınması ilə keçiriləcək. İctimai müzakirə müddəti başa çatandan sonra, isə, 9-10 gün ərzində, konstitusiya dəyişikliklərini qəbul edə bilərik. Bütün bunlar maksimal şəkildə, qısa müddətdə edilməlidir” – dedi İrakli Kobaxidze.