İrakli Kobaxidze - Keli Deqnanın mesajı çox önəmlidir və hər bir seçki subyektinin nə qədər məsuliyyətli olması gərəkdiyini göstərir
“Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidzenin bəyanatına görə, „ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnanın bəyanatı və göndərdiyi mesaj çox önəmlidir və hər bir seçki subyektinin nə qədər məsuliyyətli olması gərəkdiyini göstərir.
Onun dediyinə görə, bu mesajı bütün siyasi partiyalar nəzərə almalıdırlar.
Kobaxidzenin qeyd etdiyinə görə, azad seçki mühiti sadəcə seçki dövründə deyil, seçkilərdən çox daha öncvə də təmin edilməlidir.
“ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnanın bəyanatı və göndərdiyi mesaj çox önəmlidir və hər bir seçki subyektinin nə qədər məsuliyyətli olması gərəkdiyini göstərir. Bu mesajı bütün siyasi partiyalar nəzərə almalıdırlar. Azad seçki mühiti sadəcə seçki dövründə deyil, seçkilərdən çox daha öncvə də təmin edilməlidir. Bunları necə iqtidar, eləcədə müxalifət partiyaları nəzərə almalıdırlar” – dedi İrakli Kobaxidze.
ABŞ-ın Gücüstandaki səfiri Keli Deqnanın bəyanatına görə, ABŞ 20 ildən artıqdır ki, Gürcüstanın demokratik inkişaf prosesini və demokratik seçkilərin keçirilməsini dəstəkləyir.
Keli Deqnan qeyd etdi ki, ABŞ Gürcüstana seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün ciddi maliyyə və texniki yardım göstərib.
Bununla yanaşı, Keli Deqnanın dediyinə görə, xüsui işlər Mərkəzi Seçki Komisiyası ilə aparıldı ki, pandemiyaya baxmayaraq, seçicilər səslərini təhlükəsiz mühitdə versinlər və onların şəxsi göstəriciləri kiber-hücumlardan qorunsun.