İrakli Kobaxidze - İqtidar dəfələrlə bəyanat verdi ki, lokdaun olmayacaq
İrakli Kobaxidze - İqtidar dəfələrlə bəyanat verdi ki, lokdaun olmayacaq

Gürcüstan iqtidarı və həmçinin baş nazir dəfələrlə bəyanat verdilər ki, ölkədə hərhansı lokdaun olmayacaq, – bu bəyanatı “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze “Gecə kuryerində” verlişində  verdi.

Kobaxidze bu bəyanatı jurnalistin sualına cavab olaraq verdi. Sual isə, seçkilərdən sonra ölkənin qapanıb-qapanmayacağı idi.

Kobaxidzenin dediyinə görə, lokdaun haqqında bəyanatlar opponentlərin spekulyasiyasıdır.

“Bu opponentlərimizin spekulyasiyasıdır və buna cavabımız budur – Gürcüstan iqtidarı və həmçinin baş nazir dəfələrlə bəyanat verdilər ki, ölkədə hərhansı lokdaun olmayacaq. Burada ilk növbədə, iqtisadi və siyasi lokdaun nəzərdə tutulur.

Beynəlxalq standartları götürsək, iqtisadi lokdaun üçün əsas yoxdur və hazırki vəziyyətdən irəli gələrək, deyə bilərik ki, yaxın üç-dörd ay ərzində görünmür” – dedi İrakli Kobaxidze.