İrakli Kobaxidze - Hərkəsə müraciət edirəm, provokasiyalardan baş qaçırdsınlar, iqtidar dəstəsinin əsas məqsədi oktyabrın 31-nə qədər sakitliyi qorumaqdır
İrakli Kobaxidze - Hərkəsə müraciət edirəm, provokasiyalardan baş qaçırdsınlar, iqtidar dəstəsinin əsas məqsədi oktyabrın 31-nə qədər sakitliyi qorumaqdır

Parlament əksəriyyətinin üzvü İrakli Kobaxidzenin bəyanatına görə, Marneulidə “Milli Hərəkat” nümayəndələri bugün aksiya keçirirdilər və iqtidar dəstəsi və onun nümayəndələrinə qarşı təhqir edici ifadələrdən istifadə edirdilər.

İrakli Kobaxidze “Milli Hərəkatı” zorakılıqla ittiham etdi.

“Milli Hərəkatın keçirdiyi aksiyada fiziki qarşıdurma da baş verdi. Milli Hərəkatın nümayəndələrindən biri partiya nümayəndəmizin köynəyini cırdı. Radikal müxalifətin provokasiyaları seçkilərə qədər daha da artır. Ən çox da provokasiyalar Kvemo-Kartlidə və Tbilisinin konkret rayonlarında gözlənilir” – dedi Kobaxidze.

İrakli Kobaxidze hərkəsə müraciət edir ki, provokasiyalardan baş qaçırdsınlar.

“İqtidar dəstəsinin əsas məqsədi oktyabrın 31-nə qədər sakitliyi qorumaqdır” – dedi İrakli Kobaxidze.