İrakli Kobaxidze - Qeyri-hökümət təşkilatlarına müraciət edirik, seçki qanunvericiliyinin pozulması ilə bağlı hərhansı faktı bizə təqdim etsinlər və müvafiq reaksiya veriləcək
İrakli Kobaxidze - Qeyri-hökümət təşkilatlarına müraciət edirik, seçki qanunvericiliyinin pozulması ilə bağlı hərhansı faktı bizə təqdim etsinlər və müvafiq reaksiya veriləcək

Qeyri-hökümət təşkilatlarına müraciət edirik, seçki qanunvericiliyinin pozulması ilə bağlı hərhansı faktı bizə təqdim etsinlər və müvafiq reaksiya verməyə hazırıq, – bu bəyanatı parlament əksəriyyətinin nümayəndəsi İrakli Kobaxidze “Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya İctimaiyyəti” (İSFED) tərəfindən hazırlanan Gürcüstan parlamentinin 2020-ci ilin seçki qabağı vəziyyətinin monitorinqinin dördüncü aralıq hesabatı ilə bağlı verdi.

“Hesabatda müxtəlif bölqələrdə baş verən faktlardan bəhs edilir. Hesabatla diqqətlə tanış olacağıq. Qeyri-hökümət təşkilatlarına isə, müraciət edirik, seçki qanunvericiliyinin pozulduğu ilə bağlı hərhansı faktı bizə təqdim etsinlər və onlara müvafiq reaksiya veriləcək.

Xüsusi ilə də, söhbət təhdid və zorakılıq faktlarından gedirsə, biz dərhal reaksiya verməyə hazırıq. Əsas odur ki, gərəkən məlumat bizə çatdırılsın” – dedi İrakli Kobaxidze.