İrakli Kobaxidze ehtimal edir ki, konstitusiya dəyişikliklərinə dair qanunlayihənin müzakirə və səsvermə prosesi    iyunun 29-da başa çatacaq
İrakli Kobaxidze ehtimal edir ki, konstitusiya dəyişikliklərinə dair qanunlayihənin müzakirə və səsvermə prosesi    iyunun 29-da başa çatacaq

 

Parlament çoxluğunun üzvü İrakli Kobaxidzenin proqnozuna görə, seçki sisteminin dəyişdirilməsi üçün hazırlanan konstitusiya dəyişikliklərinin parlament müzakirəsi iyunun 21-də başlayacaq, dəyişikliklərin 3 dinləmə ilə müzakirə və səsvermə prosesi  iyunun 29-da başa çatacaq.

Gürcüstanın Birinci Kanalına Kobaxidzenin də qeyd etdiyi üzrə, önümüzdəki  iki həftə ərzində konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi ilə bağlı televiziya formatında   iki görüş keçiriləcək.

“Konstitusiya dəyişikliklərini və onun  məzmununu İctimai Yayımçı  və Acarıstan Televiziyası vasitəsilə təqdim edəcəyik. Tamaşaçıların suallarını dinləyəcəyik və cavab verəcəyik. Bundan sonra  iyunun 21-də başlayacağı gözlənilən parlament müzakirəsinə keçə biləcəyik. Yəni iyunun 21-də  ehtimal ki, ilk dinləmə   keçiriləcək və qanunlayihəyə  səs veriləcək. Ehtimal ki, iyun ayının 29-da 3 dinləmə ilə qanunlayihənin müzakirə  və səsvermə prosesini yekunlaşdıracağıq.  İki müxalifət partiyası ictimai müzakirədə iştirak etməyəcəyini bildirir, görək onların mövqeyi necə olacaq  ″- deyə deputat bildirib .

Kobaxidze konstitusiya dəyişikliklərinin səsverməsində Milli Hərəkatın və Avropalı Gürcüstan  partiyalarının iştirakına da diqqət yönəldir və bildirir ki, 117 deputatın təşəbbüsü dəstəklədiyini nəzərə alarsaq, ehtimal ki, onların dəstəyi olmadan da dəyişiklikləri qəbul etmək mümkün olacaq.

Mart ayının 8-də,hökumət və müxalifət arasında əldə olunmuş razılaşmaya görə, Gürcüstanda parlament seçkiləri 120/30-a  seçki sistemi ilə keçirilməlidir.

 

Hazırladı-Sevinc Mustafayeva