İrakli Kobaxidze - ədalət mühakiməsi sisteminin qeyri-müvafiq siyasiləşdirilməsi məhz müxalifət nümayəndələrinin verdikləri bəyanatlardır
″Gürcü Arzusu″-nun icraçı katibi,İrakli Kobaxidze bir daha bildirir ki,hökumət və müxalifət arasında martın 8-də əldə olunmuş razılaşmada Qiqi Uqulava və İrakli Okruaşvilinin azadlığa buraxılmasına dair heçnə yazılmayıb.Bu barədə o,jurnalistlərə bu gün keçirilən mətbuat konfransında ,ünvanlanan müvafiq suala cavabında bildirib.
“Dəfələrlə bunun yalan olduğuna dair bəyanat vermişik. 8 Mart razılaşmasına əsasən, 2020-ci ilin parlament seçkiləri üçün seçki sisteminin formalaşmasını nəzərdə tutan və ikincisi, ədalət mühakiməsinin qeyri-müvafiq siyasiləşdirilməsini nəzərdə tutan sənədi imzaladıq. Ədalət mühakiməsi sisteminin qeyri-müvafiq siyasiləşdirilməsi məhz müxalifət nümayəndələrinin verdikləri bəyanatlardır. Nəticə etibarı ilə, bu yalandır, biz bunu dəfələrlə demişik və bir daha təkrar edə bilərik ”-deyə İrakli Kobaxidze jurnalistlərə bildirib.
Hazırladı –Sevinc Mustafayeva