İrakli Kobaxidze bəyan edir ki, siyasi tərəflər arasında danışıqların son raundu sabah baş tutacaq
İrakli Kobaxidze bəyan edir ki, siyasi tərəflər arasında danışıqların son raundu sabah baş tutacaq

“Gürcü Arzusu”-nun icraçı katibi İrakli Kobaxidzenin məlumatına görə, siyasi tərəflər arasında danışıqların son raundu sabah olacaq, çünki dekabrın 11-də, onuncu çağırış parlamentinin ilk iclası keçiriləcək.

Bugün keçirdlyii mətbuat konfransında Kobaxidze bəyan etdi ki, son görüşdə müxalifət nümayəndələri ilə, seçki islahatları ilə bağlı çox maraqlı disskussiya aparıldı və ümid edir ki, son raundda seçki islahatı ilə bağlı mövqelər razılaşdırılacaq.

“Digər təfərrüatlar haqqında bugün danışmayacam, çünki bununla bağlı səfirlərə söz verildi. Sadəcə onu deyə bilərəm ki, söhbət iki müxtəlif istiqamətdə fundamental dəyişikliklərdən gedir – seçkilərin administrasiyası və seçki sisteminin müxtəlif məsələləri.

Müxalifətə seçki sisteminin hər istiqamətdə fundamental dəyişikliklər təklif ediləcək və ümid edirik ki, danışıqlar müvəffəqiyyətlə başa çatacaq” – dedi Kobaxidze.