İrakli Kobaxidze bəyan edir ki, müxalifət namizədləri gizli şəkildə, seçicilərin mobilizasiyasına çalışırlar
İrakli Kobaxidze bəyan edir ki, müxalifət namizədləri gizli şəkildə, seçicilərin mobilizasiyasına çalışırlar

“Gürcü Arzusu – Demokratik Gürcüstan”-ın icraçı katibi İrakli Kobaxidzenin bəyanatına görə, müxalifət namizədlərinin aktivistləri gizli şəkildə, seçicilərin mobilizasiyası üzrə işləyirlər.

“Paytaxtda daha çox fəallıq müşahidə olunur. Məsələn, müxalifət namizdələrinin aktivistləri  korpus-korpus gəzirlər və seçiciləri seçkilərə çağırırlar. Bu da bir növ gizli, ancaq fəal qoşulmaqdır, məqsəd isə, seçkilərdə böyük faiz yığmaqdır” – dedi İrakli Kobaxidze.

Kobaxidzenin dediyinə görə, seçicilərin fəallığı azdır, ancaq ikinci tur üçün bu normalıdr.

“Belə bir fəallıq fonunda belə onların konkret müvəffəqiyyətə umudları var. Ancaq bu müvəffəqiyyət çox da perspektivli deyil” – dedi İrakli Kobaxidze.