İrakli Kobaxidze - Avropa Şurasının bütün sənədlərində ölkənin işğal olunmuş ərazilərlə bağlı olan milli maraqlarının mümkün qədər öz əksini tapması bizim marağımızdır
İrakli Kobaxidze - Avropa Şurasının bütün sənədlərində ölkənin işğal olunmuş ərazilərlə bağlı olan milli maraqlarının mümkün qədər öz əksini tapması bizim marağımızdır

 

Avropa Şurasının bütün sənədlərində ölkənin işğal olunmuş ərazilərlə bağlı olan milli maraqlarının mümkün qədər öz əksini tapması bizim marağımızdır-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Strasburqda, Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının açılışı ilə əlaqədar Gürcüstanın Birinci Kanalına açıqlayıb.

İrakli Kobaxidze sessiyada iştirakla yanaşı, Gürcüstanın müxtəlif ölkələrdən olan tərəfdaşları ilə ikitərəfli görüşlərin də nəzərdə tutulduğunu bildirib.

“Bu cür formatlar tərəfdaşlarla həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin dərinləşməsi üçün çox vacibdir və bu formatdan mümkün qədər bu məqsədlə istifadə olunacaq. İşğal olunmuş ərazilərlə, oradakı vəziyyətlə bağlı ölkəmizin milli maraqlarının Avropa Şurasının bütün sənədlərində mümkün qədər öz əksini tapması bizim marağımızdır. Regionda vəziyyət təbii olaraq mürəkkəbdir və bu zaman bizim milli maraqlarımızın tərəfdaşlarımızla mümkün qədər irəli sürülməsi xüsusilə vacibdir”- deyə İrakli Kobaxidze bildirib.